“Zığ" Gəmi Təmiri zavodunun 5 əməkdaşı qazdan zəhərlənərək ölüb

image

Azərbaycan Respublikası Baş Prokurorluğu “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Soydas.az

Paylaş:

Xəbər lenti